İctimaiyyət

Sürüşmənin nə vaxt dayanacağı bəlli deyil

Badamdar sürüşmə zonasında vəziyyə gərgin olaraq qalmaqdadır.

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.

Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir.

Oxu.Az-ın məlumatına görə,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki ayda proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub”.

Eyni zamanda Bakının Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

Oxu.Az-ın məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Jurnalistlərə açıqlamasında binanı inşa edən şirkətin – “Pilot İnşaat-A” MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib ki, yolun çökməsi yağışın yağması ilə əlaqəlidir:

“Şirkət tərəfindən tikinti boyunca istinad divarı çəkilib. Fikrimizcə, piyada səkisinin çökməsi yağış sularının borular vasitəsilə axıdılması və müəyyən qədər torpağı yumasıdır.  Nəticədə bu cür hadisə baş verib”.

Daha çox göstər
Back to top button