Təhlil

Azərbaycanda erməni olmanın problemləri: “Ermənilikdə” ittiham olunan Əkrəm Əylisli Azərbaycan prokurorluğuna müraciət etdi

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Əkrəm Əylislinin Azərbaycan prokurorluğuna müraciəti müzakirə olundu. Məşhur azərbaycanlı yazıçı Əkrəm Əylisli baş prokuroru barəsindəki çinayət işinə xitam verməsinə çağırıb. Bununla bağlı yazıçı baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb.

Yazıçı Ə.Əylisli 2016-cı ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. O, Venesiyada beynəlxalq ədəbi forumda iştirak edəcəkdi. Orada “Hakimiyyət və yazıçı” adlı hesabatı təqdim edəcəkdi, lakin rəsmi orqanlar onun buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratmasıyla bağlı iddiaları qəti rədd etmişdi.

Bütün bunlara baxmayaraq, Ə.Əylisli saxlanıldı və onun şəxsiyyət vəsiqəsi əlindən alındı. Vəsiqə olmadan o, Azərbaycandan bu günə kimi heç bir yerə gedə bilmir. Məhz bunun üçün də o, baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayaraq şəxsiyyət vəsiqəsini xahiş etmişdi. Əylisli 81 yaşındadır və sağlamlıq problemləri üçün onun xaricə getməsi lazımdır.

Qeyd olunur ki, Əylisli erməni ictimaiyyətində öz “Daş yuxuları” əsəri ilə məşhur olmuşdu. Əsər Naxicevan və Agulis kəndin erməniləri haqqındadır. Yazıçı da orada anadan olmuşdur. Əsərdə 20-ci əsrin sonlarında törədilmiş ermənilərin qırğınları barədə də yazılır. Yazıçı bütün bunların şahidi olmuşdu…

Davamı gələcək…

Daha çox göstər
Back to top button