
Oktyabrın 18-də ER Müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan Avropa Birliyinin xarici əməliyyatlar üzrə Avropa xidmətinin və Mərkəzi Asiya üzrə meneceri Tomas Mair-Hartingi və ER-da AB missiyasının rəhbəri səfir Pyotr Svitalskini qəbul etmişdir. Müdafiə nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, görüşdə təhlükəsizlik və müdafiə sahəsində Ermənistan-AB əməkdaşlığının perspektivləri, o cümlədən Avropa Birliyi təlim proqramlarına hərbi personalın cəlb olunması və AB-nin sülhməramlı missiyalarında iştirak imkanları müzakirə edilib. Həmsöhbətçilər bu prosesin həyata keçirilməsi üçün müvafiq beynəlxalq hüquqi çərçivənin yaradılmasının vacibliyini qeyd etdilər.Qonaqların xahişi ilə Müdafiə nazirliyinin rəhbəri Erməni-azərbaycan dövlət sərhədinin təmas xəttində olan vəziyyəti təqdim e dərək əlavə etdi ki, hal –hazırda gərginlik nisbətən azalmışdır.