Təhlil

Azərbaycanda erməni olmanın problemləri: “Ermənilikdə” ittiham olunan Əkrəm Əylisli Azərbaycan prokurorluğuna müraciət etdi

Azərbaycanda Əylislinin kitabı çox aqressiv qarşılanmışdı. Kitabı küçələrdə yandırırdılar. Hakimiyyət isə, vəziyyətə müdaxilə etmirdi. Əslində isə, əsərdə Heydər Əliyevi təqid edən nüanslar vardı. Əliyev ölkədə baş verən korrupsiya, qanunsuzluq və ədalətsizlik üçün günahlandırılırdı. Bundan sonra artıq dövlət də bütün gücü ilə vəziyyətə müdaxilə edir və kitab yandırmaları təşkil olunur, yazıçıya qarşı müxtəlif təhdidlər səsləndirilir, onun həyat yoldaşı və övladı işldən qovulur, onun bütün mükafatları əldən alınır və yazıçı şəxsi pensiyadan məhrum olunur. Onun əsərləri dərsliklərdən çıxarıldı.

Yazıçı Azərbaycan tarixindən, mədəniyyətindən və ziyalılar sıralarından çıxarıldı və bu məhz ermənilərə qarşı hər hansı bir müsbət davranış üçündü. Yazıçı kitabda 18-ci ildə Naxicevan erməniləri ilə baş verənləri yazmışdı. O yalnız bölgənin tarixini yazmışdı və bunun üçün sağlamlığından, karyerasından, gələcəyindən, uşaqlarından, nəvələrindən və ümumiyyətlə hər şeyindən məhrum olunmuşdu.

Qeyd etmək lazımdır ki, yaşlı adam güclü idi və yazdığı heç bir sözdən imtina etməyib. O bütün müsahibələrində erməni və azərbaycanlı xalqların dostluq tezisini irəli sürür. Onun deməsinə görə, onun bir böyük xəyali bu iki xalqın sülh içində yaşamasıdır. Bunun üçün də Azərbaycanda onu erməni olduğunu gizlətməkdə günahlandırırlar. Beləliklə, Əylislini erməni elan ediblər. Heydər Əliyevin ona verdiyi “Şöhrət” ordeni İlham Əliyev geri aldı. Azərbaycanda erməni olmaq böyük probləmdir.

Bütün bunlardan sonra Əylisli Azərbaycandan getmədi. Onu Nobel mükafatı üçün namizəd göstərməyə çalışdılar. Bütün bu qalmaqallardan sonra o dünyada Orhan Pamuk kimi məşhur oldu. Ssenari eynidir. Onu bunun üçün də təqid etdilər.

Qeyd edək ki, Azərbaycanda erməni mövzuları hər dəfə belə başa çatır. Azərbaycan xaricində skandallı məşhurluq qazanmaq üçün ermənilərlə bağlı bir şey etməlisiniz. Bu hər zaman yaxşı işləyir. Əylislinin kitabı ermənicə də vardır. Türkiyədə də onu oxuyub müzakirələr aparılırdı.

Fakt odur ki, Əylisli istəsə də nə hətta müalicə üçün Bakıdan gedə bilməz. Yəni Əylisli bütün olanlardan heç bir şey qazanmadı və həyatının illərini itirdi.

Daha çox göstər
Back to top button