İctimaiyyət

Azərbaycanın Milli Məclisin ən gənc və qocaman deputatları

Milli Məclisin deputatlarının şəxsi həyatları, ailə tərkibləri, yaş göstəriciləri, hətta geyimləri, tərzləri, zövqləri, hobbiləri insanların, medianın daim maraq dairəsindədir.

Odur ki, Oxu.Az,  öncə MM-in ən gənc və ən yaşlı, ən qocaman deputatlarını araşdırmaq, təqdim etmək qərarına gəldi.

Parlamentin ən yaşlı, ən təcrübəli və ən çox seçilən üzvü böyük sənətkarı, SSRİ Xalq artisti, “İstiqlal” ordenli Zeynəb Xanlarovadır.

Parlamentin üçüncü qocaman üzvü Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur.

Millət vəkilləri arasında 80 yaşı haqlamaq üzrə olan akademikimiz Yaqub Mahmudov yaşca dördüncü qocaman deputatdır.

Beşinci qocaman millət vəkili isə tanınmış ziyalı, akademik Ziyad Səmədzadədir.

MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur.

MM-in ikinci ən gənc üzvü 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyevdir.

Deputatlar arasında üçüncü ən gənc millət vəkili 1982-il təvllüdlü Ülviyyə xanım Həmzəyevadır.

MM-in digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.

Daha çox göstər
Back to top button