İctimaiyyət

Azərbaycanda həlak olanların ailələri diskriminasiyadan şikayətlənir

Bu gün 100-ə yaxın həlak olanın ailəsinin nümayəndələri Milli Məclisin binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar verilən kompensasiyanın ödənilməməsindən şikayət ediblər.

Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə həlak olan və ya itkin düşən şəxslərin ailələrinə 11 min manat həcmində birdəfəlik kompensasiyanın ödənilməsi barədə sərəncam imzalayıb.

Kompensasiyaların ödənilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin ailələrin bir çoxuna verilməyib, bildirilib ki, onlar pul vəsaitini bundan əvvəl alıblar. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır.

Ailələr oktyabrın 16-da parlament binasının qarşısında aksiya keçiriblər və bu gün yenidən gəliblər. Parlamentin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli onların qarşısına çıxıb.

Aksiya iştirakçısı Sevinc Quluzadənin söslərinə görə, deputat onlara bildirib ki, məsələ öyrənilir və yaxın iki ildə həll olunacaq.

“Mən soruşdum ki, niyə sənədlər hazırlananda bu məsələ öyrənilməyib, o cavab verməyərək getdi”, – S.Quluzadə deyib.

Etirazçılar parlament binasının qarşısından Prezident Administrasiyasına doğru gediblər.

Daha çox göstər
Back to top button