İctimaiyyət
Budapeştdə Azərbaycan bayrağının asılmasına icazə verilmədi, səfir harda idi?

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan bayraqlarının görüşlərin keçirildiyi Laslo Pap adına İdman Arenasında asılmağına icazə verilməyib.
Haqqin.az-ın xəbərinə görə, Macarıstanda bir çox azərbaycanlı yaşayır və təhsil alır, lakin onlar çempionata gəlmədilər. Hətta Azərbaycanın Budapeştdəki səfirliyindən heç kəs komanda ilə görşməmişdi.
Azərbaycanlı səfir Vilayet Quliyev isə, o zaman İstanbulda idi. O, istanbulda “Müsavat” partiyasının tarixini araşdırır.