Mikayil Müşfiqinin oğlu Eldar Mahmudun yanında işləyib

Azərbaycanlı professoru Mikayil Müşfiqi uzun müddət KQB-də işləyib.
Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. “Qətli yerinə yetirən şəxs 2008-ci ildə müsahibə vermişdi, onun müsahibəsi adının dəyişdirilməsi şərti yayımlanmışdı. Deyilənə görə Müşfiqin portretini evindən asıbmış, ona atdığı üç güllənin gilizini də ömrünün sonuna qədər saxlayıbmış. Həmin şəxsin oğlunun keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəd işlədiyi deyilirdi”-Qurbansoy deyib.
Qurbansoy qeyd edib ki, cəlladın müsahibəsində göstərilənlərə Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş və 2008-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Göylərin lacivərd ətəklərində”: sənədli povest-kollaj kitabında da verib. Həmin epizodda göstərilir ki, NKVD cəlladı Müşfqi Bayıl həbsxanasının ölüm korpusunda güllələyib, cəsədi isə dənizə atılıb. Ölüm hökmünü icra edən NKVD əməkdaşı Müşfiqə atdığı üç güllənin boş gilizlərini götürüb və özündə saxlayıb.
“Müşfiqin güllələndiyi yer məlumdur, ancaq onun meyitinin harada olduğu haqda fərqli versiyalar var. İnanmaq istərdim ki, tapılan qalıqların şairə məxsusluğu təsdiqlənəcək”-Qurbansoy bildirib.
Qurbansoyun fikrincə, görünür qalıqların Müşfiqin yubileyi ərəfəsində tapılması təsadüf deyil, qismətdir. “Müşfiqlə bağlı sənədli film çəkərkən arxiv sənədlərini oxumaq üçün icazə istədim, mənə 6 saat vaxt verdilər. Demək olar ki, bütün sənədlərin üzünü köçürmüşəm. Müşfiqə güllələnmə cəzasının verlməsi ilə bağlı hökm var, amma harada dəfn edildiyi göstərilmir”, -Qurbansoy deyib.
Firudin Qurbansoy əlavə edib ki, müvafiq analizdən sonra qalıqların Müşfiqə aid olub-olmadığı məlum olacaq. Amma bütün hallarda şairin və Stalin rejiminin digər qurbanlarının məzarları, yaxud qalıqları ilə bağlı araşdırma vacibdir.