İctimaiyyət

Prezident İlham Əliyevin Sofia ilə söhbəti istehza mövzusu olub

Prezident İlham Əliyevin Sofia ilə söhbəti istehza mövzusu olub. Eurasianet-in xəbərinə görə, prezident İlham Əliyevi salamlayan Robot Sofia Azərbaycan dilini yeni öyrənməyə başladığını deyərək ingilis dilində danışması üçün icazə istəyib. O deyib ki, Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Sofia Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini gördüyünü bildirib.

Prezident İlham Əliyev isə Robot Sofiyaya bildirib ki, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir.

Bu söhbət sosyal şəbəkələrdə istehza mövzusu olub. Azərbaycanlı istifadəçilərdən biri yazıb: “Robot bilir ki, Azərbaycanda yaşamanın tək şərti təriflərdir”. Başqa biri yazıb ki, azərbaycanlıların 80%-i robota oxşayır və nə desələr onu edəcəkdir.

Daha çox göstər
Back to top button