Siyasət

Con Bolton: İlham Əliyevlə görüşdə insan haqlarına dair məsələlərə toxundum

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 24-də ölkəsinin Bakıdakı səfirliyində mətbuat konfransı keçirib.
Azərbaycanda ilk dəfə olduğunu söyləyən Con Bolton prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü deyib.

Azadlıq Radiosunun “Radionun Bakı Bürosu 2014-cü ildən bağlanıb, bank hesablarına həbs qoyulub. Bu məsələni Azərbaycan rəsmiləri ilə müzakirə etdinizmi? Ümumiyyətlə, keşiş Brunsonun aqibəti, azad olunması ssenarisi Azərbaycan reallığına şamil oluna bilərmi” sualına belə cavab verdi:

“Bilirsiniz, prezident İlham Əliyevlə görüşdə insan haqlarına dair məsələlərə toxundum. Amerika insan haqları və demokratiya məsələlərinə çox böyük önəm verir, onların mühümlüyünü anlayırıq. Amma prezident Trampın BMT-nin Ümumi Şurasında dediyi bir məsələyə dönmək istərdim. Prezident Tramp bildirmişdi ki, biz başqa dövlətlərə mühazirə oxumaq niyyətində deyilik. Azadlıq Radiosunun Azərbaycanda fəaliyyətinin dayandırılmasına gəlincə, xeyr, cavabı verirəm. Bu məsələni xüsusi ilə müzakirə etmədim. Əgər məsələ barədə daha məlumatlı olsaydım, təbii danışardım. Ən azından ona görə ki, mənim həyat yoldaşım vaxtilə məhz Azadlıq Radiosunun əməkdaşı olub. Keşiş Brunsonun azadlığa buraxılması haqda onu deyə bilərəm ki, o, Amerika vətəndaşı olduğundan bizim üçün xüsusi önəm daşıyırdı”.

Daha çox göstər
Back to top button