Siyasət

İlqar Məmmədov. Həbsxanadan siyasi mübarizəyə

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində həbsxanadan yeni çıxmış və siyasi mübarizəyə girmiş müxalifətçi ReAL Partiyasının lideri  İlqar Məmmədovun mövzusu müzakirə olundu.

O artıq rəsmi şəkildə bəyan etmişdir ki, 2020-ci ildə Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcəkdir və Azərbaycanda müxalifət də aktiv olmalıdır.

Deməlidir ki, Məmmədov Ermənistanda baş verənlərdən sonra düşünür ki, parlamentə girdikdən sonra yavaş-yavaş irəliləyişə nail olacaqdır. O, hələ də hakimiyyətin dəyişdirilməsindən söz açmır, lakin o, Azərbaycanın ictimai-siyasi, sonra da sosyal-iqtisadi həyatında  hər hansı bir müsbət dəyişikliklər görməni ümid edir.

Bütün bununla yanaşı, o müsahibəsində bildirmişdi ki, Ermənistandaki vəziyyət Azərbaycdandakindən fərqlidir.

İlqar Məmmədob kimdir və niyə həbs edilmişdi?

İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub. İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub. 2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. İlqar Məmmədov ona qarşı iddiaları rədd edir. Azərbaycan hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlayıb. 2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib. Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb. Azərbaycan hakimiyyəti bütün bu tələblərə məhəl qoymurdu, lakin Angela Merkelin Azərbaycana səfərindən əvvəl İlqar Məmmədovu azad buraxdılar.

Daha çox göstər
Back to top button