İctimaiyyət

“Bələdiyyələr – islahatlar yetişib”

“Novoye Vremya” qəzetində isə “Bələdiyyələr- islahatlar yetişib” sərlövhəli məqalə maraq doğurur.

Müəllif gələn il dördüncü dəfə keçirilməsi gözlənilən bələdiyyə seçkilərinə 53,9 milyon manat xərclənməsinin nəzərəd tutulduğunu deyərək xatırladır ki, bu ilk dəfə 1999-cu ildə keçirlmiş seçkilərlə müqayisədə 63 dəfə çox vəsait deməkdir.

Amma müəllif bu seçkilərə bu qədər vəsait ayrılmasına narazılıq edir və deputat Siyavuş Novruzovun bələdiyyələrin, elə bələdiyyə üzvlərinin sayının da azaldılması təklifini əsaslı sayır: “Bələdiyyələrin səlahiyyətləri çoxdan müəyyən edilib, amma bu da heç kəsə sir deyil ki, yuxarı instansiyanın icazəsi olmadan vətəndaşların gündəlik adi problemlərini belə həll edə bilmirlər.

Halbuki, bələdiyyələrin əsas fəaliyyət sahəsi yerli əhəmiyyətli məsələləri həll etməkdir. Bununla belə yenə də icra hakimiyyətinə tərəf “boylanırlar”.

Müəllif isə deyir ki, bu halda qururmların bir-birinin işinin təkraralaması, hər hansı qanunsuzluğa görə məsuiyyəti bir-brininin üzərinə atması kimi fürsət əmələ gəlir: “Etiraf etmək lazımdır ki, Azərbaycandakı indiki bələdiyyələr yumşaq desək müasir dövrün çağırışlarına cavab verə bilmir və mahiyyətinə görə, mənasızdır”.

Müəllif iddia edir ki, yerli idarəetmə orqanında seçkilərə gəlincə, burada heç də hər şey şəffaf və dürüst deyil, yüksək rütbəli məmurlar bura öz adamlarını “itələmək”, daha sonra onların əllərilə öz tamah məqsədlərini işə salırlar.

Müəllifin bələdiyyələrlə bağlı daha bir iddiası budur ki, bələdiyyələrdə korrupsiya və rüşvət bütün hədləri aşır.

Müəllif bildirir ki,doğru-dürüst bələdiyyə seçkiləri vəziyyəti müsbətə doğru dəyişə bilər, amma indiki halda daha yüksək instansiya seçkilərində pozuntuların və saxtalaşdırmanın şahidi oluruqsa, “bundan nə gözləmək olar” sualını ortaya qoyur.

Daha çox göstər
Back to top button