
ER Silahlı qüvvələrinin Baş qərargah rəisi,general-leytenant Artsak Davtyanın başçılıq etdiyi nümayəndəlik Almataya gedib.Nümayəndə heyəti oktyabrın 26-da KTMT-nin Hərbi Komitəsinin növbəti iclasında iştirak edəcək. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kollektiv təhlükəsizlik müqaviləsi 1992-ci ildə mayın 15-də Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan liderləri tərəfindən imzalanıb.