İctimaiyyət

İlqar Məmmədov: “Prezident postuna namizədliyimi irəli sürəcəyəm”

Müxalifətyönlü Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov iki ay öncə həbsdən azad edilib. Avropa məhkəməsinin qanunsuz adlandırdığı cinayət ittihamı ilə həbs edilən İ.Məmmədov Turan-ın suallarını cavablandırıb.

– Bizim ölkədə sosial şəbəkədə irəli sürülən fikrə görə həbsə düşmək asandır. Siz altı ilə yaxın həbsdə oldunuz. Bu, çoxdur. Düzgün, ləyaqətli ictimai fəal cəzaçəkmə yerlərində necə tab gətirməlidir, öz ləqayətini necə qorumalıdır və sınmamalıdır?

– Düşünürəm ki, həbsxana həyatında fövqəladə hallarda özünü qorumağın müxtəlif yolları var. Bunlardan biri odur ki, başa düşürsən ki, sənin orada olmağın həbsxana sisteminin idarəediciləri, nəzarətçilərə, heç də hamıya xoş deyil. Onların bəzisi birbaşa sənin siyasi fəaliyyətinə rəğbətini bildirir. Onların sayı çoxdur ki, bu da davam gətirmək üçün mühüm əhəmiyyət daşıyır. Taleyin iradəsilə həbxsanaya düşənlərə hörmətlə yanaşmaq lazımdır. Mühakimə olunanların və ya istintaq altında olanların heç də hamısı, hətta cinayət törətsələr belə, pis adamlar deyil. Bəzən cinayətə həyatdakı sosial ədalətsizlik səbəb olur. Bəzən insan cinayət törətməyə məcbur olur, özünə nəzarət edə bilmir, sonra da təəssüf edir. Əgər azadlıqda olsaydı cəmiyyət üçün başqalarından daha qiymətli olardı.

– Ailənizlə əlaqəniz vardı?

– Həftədə iki dəfə 15 dəqiqə ailəmlə danışmağa icazə verilirdi. Qanunla başqa heç yerə telefon etməyə icazə yoxdur. Telefon danışığı dinlənilirdi, həm də tək bir qurum tərəfindən yox. Ayda iki dəfə ailəmlə görüşə bilirdim. Mən qızımın bir şəxsiyyət kimi formalaşmasını görmədim. Həbs olunanda 9 yaşı vardı, həbsdən çıxanda 15.

Mənə dəstəklə bağlı beynəlxalq kampaniyaya hakimiyyətin reaksiyası kimi, məni vaxtaşırı telefon danışığı hüququndan məhrum edirdilər.

– Sizin hazırki statusunuz necədir? Nəyi edə bilərsiniz və nəyi etmək qadağandır?

– Hakimiyyət vaxt planında mənim cəzamı da artırıb. İlkin olaraq həbs müddətim yeddi il idi. Sonra hakimiyyət onların fikrincə, guya mənim azad olunmağımla bağlı Avropa məhkəməsinin qərarının icrasını tələb edən Avropa strukturları ilə kompromis qəbul edib ki, məni şərti olaraq azad etsinlər. Ancaq cəza müddətini yeddi il yarımadək artırdılar. Həbs müddətimin bitməsinə bir il yarım qalırdı, indi isə iki il evdə yaşayıram, ölkədən çıxa bilmərəm, hakimiyyətə məlumat vermədən yaşayış yerimi dəyişə bilmərəm, hər 10 gündən bir probasiya ofisində qeydiyyatdan keçməliyəm və davranışımla göstərməliyəm ki, islah yolundayam. Bu məhdudiyyətlər azad olunmağımın şərtilik hissəsinə yazılıb. Buradan da belə çıxır ki, 2026-cı ilin avqustuna qədər parlament və prezident seçkilərinə namizədliyimi irəli sürə bilmərəm.

– Siz Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Real Partiyasının sədrisiniz. Partiyanın gələcəyini necə planlaşdırırsınız?

– Seçki tsikllərində iştirak bizim üçün vacibdir. 2020-ci ilin noyabrında parlament seçkiləri keçiriləcək. Hazırda əsas oriyentir budur. Növbəti parlament seçkilərinə hazırlaşmaq və qalib gəlmək üçün kifayət qədə vaxtımız var. Seçkilərə 2 il var. Qalib gəlmək deputat yerinin əksəriyyətini əldə etmək deməkdir. Bu, cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə almaqla real məqsəddir. Növbədənkənar parlament seçkiləri keçirilə bilər. O zaman yaxşı hazırlaşmaq üçün vaxtımız az olacaq. Belə olduğu halda vəzifəmiz parlamentdə bizim fraksiyanı yaratmaq imkanları əldə etməkdir. Bilmirəm, prezident seçkiləri nə vaxt olacaq, çünki İlham Əliyev öz beşillik müddətinin başa çatmasını gözləmədən beşillik prezidentlik müddətini yeddi ilədək uzatdı. Lakin gözlənilməz seçkilər ola bilər, bunun nə zaman olacağını söyləmək çətindir. Biz buna hazır olmalıyıq. Əlbəttə, mən öz namizədliyi irəli sürəcəyəm.

Daha çox göstər
Back to top button