Təhlil

Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı milyonlarını itirdi

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın lüks həyat tərzi müzakirə olundu.

Qeyd olunur ki, Cahangir Hacıyev 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb. Lakin görünən o ki, Cahangir Haxcıyevin həbsi onun həyat yoldaşının məişətinə heç bir təsir göstərməmişdir. O yaşadığı lüks həyatını davam edir.

Nəticədə, məhz onun lüks həyatı və alış-verişləri onu Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfinə çəvirilib. Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında – Londonun ən bahalı ərazilərindən birində ev alıb.  Ali Məhkəmə Zamirə Hacıyevaya sərvətinin mənbəyini izah etməyi əmr edib. Hacıyeva izah edə bilməyib və öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Həmçinin qeyd olunur ki, Cahangir Hacıyev Britaniya və Avropanın diğər ölkələrinin banklarında aktivlərə malik olan ilk və son azərbaycanlı deyildir. 2010-cu ildə Əliyevlər ailəsinin, xüsusilə də prezidentin uşaqlarının Dubaydakı əmlakları diqqət mərkəzində olub.

Bütün bu göstərir ki, dünyada artıq toxunulmaz insan yoxdur və İlham Əliyevin də siyasi təsir səviyyəsi bir az zəifləysə, ondan da hesab sorulacaqdır. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov də “imperiyada imperiya” yaratmışdı və İlham Əliyev və onun hakimiyyəti üçün real təhlükəyə çəvirilmişdi.

Zamirə Hacıyevaya gəlincə isə, o özünə qarşı bu cür davranışı doğru hesab etmir. Lakin o nəzarə almalıdır ki, onun həyat yoldaşı ölkənin ən ən əhəmiyyətli insanını aldatmağa çalışdı və bütün bunlar üçün ödəməliydi.

Daha çox göstər
Back to top button