Con Boltonun Azərbaycana səfəri: Konkret güzəştlər əvəzinə 907-ci düzəlişi aradan qaldırma ümidləri

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.
Proqram çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana etdiyi səfəri müzakirə olundu. Bolton Bakıda Azərbaycan Xİ naziri Elmar Məmmədyarov və prezident İlham Əliyev ilə görüşdü. Bolton ABŞ və Azərbaycan əlaqələri üçün aktual məsələləri müzakirə etdi. İlk növbədə, İran, sonra energetik məsələlər, sonra da Azərbaycanın Əfqanıstana göstərdiyi logistik yardımı idi.
Qeyd olundu ki, ABŞ üçün regionda Azərbaycan önəmli və stratejik tərəfdaşdır. Energetik sahədə də əməkdaşlığın inkişaf prespektivləri, həmçinin Bakı-Tbilisi-Qars və TAP/TANAP layihələri müzakirə olundu. Yəni, bütün bu məsələləri müzakirə etdilər və bonus olaraq Qarabağ haqqında da danışdılar. Bolton bildirib ki, bu məsələ ilə tanış olacaqdır, lakin münaqişə sülh yolu ilə nizamlanmalıdır. O qeyd edib ki, münaqişənin həlli yalnız regiona deyil, bütün dünyaya da sülh gətirəcək. Yəni, dünyanın taleyi münaqişənin həllindən asılıdır, lakin bu məsələ regionumzda yerli bir münaqişə hesab olunur və sərhəddə vəziyyət gərgin olduğu zaman, bütün dünya heç bir hərəkət etmir və vəziyyəti görmür.
Eyni zamanda ATƏT-in Minsk qrupunun sabiq həmsədri John Urolik ekspertləri “təəccübləndirərək” demişdi ki, ABŞ Qarabağ münaqişəsinin həllinə diqqət yetirmir bu məsələni prioritet kimi görmür. Bundan ilk öncə Azərbaycan KİV-ləri qəzəblənmişdilər.
Bundan başqa, Bolton “Amerikanın Səsi”-nə müsahibəsində 907-ci düzəlişin ləğv edilə biləcəyini deyib, çünki bu qərarı Konqres tərəfindən qəbul edilmişdi və indi Tramp administrasiyası bu məhdudiyyətlərə riayət etmək məcburiyyətində deyildir.