Ekonomika

“Gələn il vergilər artırılacaq-Ekspert Rövşən Ağayev büdcə layihəsini təhlil edərək bu qənaətə gəlib”

“Strateq.az” saytında isə “Gələn il vergilər artırılacaq-Ekspert Rövşən Ağayev büdcə layihəsini təhlil edərək bu qənaətə gəlib”sərlövhəli məqalə oxumaq olar.

“Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır”. Bunu sayta iqtisadçı-ekspert R.Ağayev bildirib.

Gələn ilin büdcə proqnozlarını təhlil edən iqtisadçı-ekspert bildirir ki, daha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi ola bilər: “Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6%-lik sadələşdirilmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8%-lə çalışanlar üçün isə proqnoz saxlanılıb”.

Ekspert vurğulayır ki, Vergi Məcəlləsinin uyğun madədlərinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaəşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilərdilər.

R.Ağayevin sözlərinə görə, həmin normalara əsasən, bu halda dövriyyədən ticarətçilər 6%, iaşə sahəsində çalışanlar 8% vergi ödəməli idilər.

Ekspert deyir ki, eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2% bazasında vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4%, yerdə qalan regionlar üzrə 2% dərəcə qüvvədədir.

R.Ağayev deyir ki, sadələşdirilmiş verginin tətbiqi dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb.

Ekspert hesab edir ki, əvəzində isə rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolma proqnozu 136.9 mln. manat (22.4%) artırılıb.

İqtisadçı vergi sahəsində daha bir dəyişiklik kimi hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsini göstərir.

Ekspert deyir ki, büdcədə bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılır.

R.Ağayevə görə, hər halda görünən budur ki, 2019-cu ildə hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək.

Daha çox göstər
Back to top button