
Oktyabrın 30-da İstanbulda İran, Azərbaycan və Türkiyə Xİ nazirlərinin 6-cı görüşü keçirildi. İran Xİ nazirinin iştirak etdiyi hər bir görüşdə Artsax məsələsinə toxunduğu zaman Azərbaycan və Türkiyə KİV-ləri Dağlıq Qarabağla bağlı nüansları öz maraqlarına uyğun təqdim edirlər. Belə bir şey də İstanbul görüşündə oldu.
İran xarici işlər naziri nə deyib?
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə iki dəfə topxunuldu: nazirlərin yaydığı birgə bəyanatda və mətbuat konfransında.
İran XİN-nin rəsmi saytında yayılmış videoda Xİ naziri regional inkişaflarına toxunaraq, qeyd etdi: “İran, Türkiyə və Azərbaycan öz xalqlarının həyatlarını yaxşılaşdırmağa, ölkələrin inkişafına, regionda sülhün bərpasına və ümumi təhdidlərin aradan qaldırılmasına töhfə verməyə qərarlıdırlar. Üç ölkənin də bu təhdidlərlə bağlı eyni mövqeyi vardır.
Ümid edirik ki, Fələstin, Yəmən və Suriya xalqlarının problemləri kimi regional probləmlər və diğər məsələlər sülh yolu ilə nizamlanacaqdır”.
“Eyni zamanda biz daima qeyd etmişik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüquq və normalara əsasən həll olunmalıdır. Bu haqda nazirlərin yaydığı birgə bəyanatda da vardı”.
Birgə bəyanata gəlincə isə, orada Artsax münaqişəsinə dair deyilir:
“Tərəflər ölkələrin suverenlik prinsiplərinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət edirlər və eyni zamanda münaqişələri sülh yolu ilə həll etmə və ölkələrin daxili işlərinə müdaxilə etməmə öhdəliklərini təsdiqləyirlər”.
Bu kontekstdə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin məsələsində olan fikir ayrılıqların yuxarda qeyd olunmuş prinsiplərə əsasən dərhal həll olunmasının əhəmiyyəti vurğulandı.
Demək olar ki, bu bəyanat İran, Türkiyə və Azərbaycan Xİ nazirləri arasında keçirilmiş görüşlərdən sonra yayılan keçmiş bəyanatlardan fərqlənmir.