İctimaiyyət

Bakı polisi İsmayıl İslamoğlunun saxlandığını inkar edir

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti sosial şəbəkələrdə və elektron informasiya vasitələrində Kanal l3. İnternet televizyasının müxbirinin saxlanılması barədə yayılan məlumatları təkzib edib.

Mətbuat xidməti bildirir ki, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İsmayıl Nadirlinin (İsmayıl İslamoğlu-red.) polis tərəfindən saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

“Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci polis bölməsinə müraciət daxil olub.

İ.Nadirlinin nişanlısı müraciətində vurğulayıb ki, İ.Nadirli oktyabrın 26-da saat 20:00 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci polis bölməsinə təhvil verilib”, – məlumatda deyilir.

Xatırladaq ki, İ.İslamoğlu özü bildirib ki, onu üç gün saxlayıblar, fiziki və psixoloji təzyiq göstərərək hakimiyyətə qarşı tənqidlərə son qoymasını tələb ediblər.

Daha çox göstər
Back to top button