İdman
Gay: “Mxitaryan futbolçu olaraq Azərbaycanda necə düşmən sayıla bilər?”

Donetskin “Şaxtyor”-un və “Gabala”-nın keçmiş futbolçusu Aleksey Gay Rusiya-Ukrayina münaqişəsi barədə danışıb və Ermənistanın futbol üzrə milli komandasının və Londonun “Arsenal”-ın yarımmüdəfiəçisi Henrix Mxitaryanın Azərbaycanda oynamamaq hadisəsiylə müqayisə edib. Bu barədə ua.tribuna.com bildirir.
“Mxitaryanın nümunəsi mən özüm hiss etmişəm. Biz o zaman Dortmundun “Borusiuya” ilə oynamalıydıq, amma o gəlmədi. Anlayıram ki, münaqişə var, ərazilər üçün mübarizə aparır, amma Mxitaryan futbolçu olaraq Azərbaycanda necə düşman sayıla bilər?. O, öz sevimli işlə məşğul olan bir şəxsdir. O, ərazilər işğal etmir, onu isə öz sevmədiyini göstərməkdən məhrum edirlər. Mənim üçün belə şeylər anlaşılmazdır”- deyə Gay deyib.