Ukraynada azərbaycanlı diplomatlar arasında qalmaqal

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev hazırkı səfir Azər Xudiyevin onunla bağlı Ukraynanın Baş Prokurorluğuna şikayət etməsilə əlaqədar mətbuat konfransı keçirib.
Kiyevdə təşkil olunmuş mətbuat konfransında T.Əliyev səfir A.Xudiyevin ona qarşı qərəzli mövqe tutduğunu və Ukraynanın Baş Prokurorluğuna göndərilmiş şikayətin də əslində qərəzli münasibətdən irəli gəldiyini deyib: “Mən səfir olanda bu adam mənim diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə, barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölklərin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.
T.Əliyev məhkəmənin qərarı ilə evində aparılmış axtarışdan da söz açıb: “Evimə gəlib dedilər ki, səfirliyin 2002-ci ildən 2018-ci ilin yanvarına qədər olan blanklarını, mühasibatlıq, təsərrüfat və iqtisadi sənədlərini, möhürlərini və disklərini axtarırıq. Onlara bildiridim ki, 2010-cu ilin 15 iyulunda səfirliyi təhvil vermişəm. Həmin vaxtdan səfirliklə heç bir əlaqəm yoxdur. Məgər səfir vəzifələrini təhvil verərəkən səfirliyin sənədlərini də götürüb evinə aparır? Bundan başqa, mən 2010-cu ildə səfir vəzifəsindən geri çağrılmışamsa, ondan sonrakı illərə aid sənədlər məndə necə ola bilər? Təsəvvür edin ki, mən və ailə üzvlərim necə bir vəziyyətə düşdük. Əməlli-başlı şok keçirdik. Bu hadisənin naticəsində mənim xanımım miko-insult keçirdi”.
T.Əliyev bildirib ki, səfir A.Xudiyevin “yeyintiyə yol verilməsi” barədə qənaətə gəlməsinə səbəb səfirliyin binasında yaranan çatlardır. T.Əliyev binada çatların yaranmasına səbəbi kimi yaxınlıqda tikiən çoxmərtəbəli binanı göstərib: “Mən səfir vəzifəsində çalışarkən səfirliyin binasının yaxınlığında çoxmərtəbəli bina tikmək istəyirdilər. Mən qətiyyətlə buna qarşı çıxırdım.