İctimaiyyət
ATƏT nümayəndəsi Azərbaycanda jurnalistə təzyiqlərdən narahatdır

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir Bakıda jurnalist İsmayıl İslamoğlunun oğurlanmasından və tənqidi baxışlarına görə polisdə təzyiqlərə məruz qalmasından narahatdır. Bu barədə Dezir Twitter-dəki mikrobloqunda yazıb.
Oktyabrın 29-da İ.İslamoğlu bildirib ki, üç gün öncə mülki geyimli şəxslər tərəfindən oğurlanaraq tənqidi yazılarına görə Baş Polis İdarəsində fiziki və psixoloji təzyiqlərə məruz qalıb.
Paytaxt polisi jurnalistin saxlanması faktını inkar edərək bildirib ki, İ.İslamoğlunun doğmaları onun yoxa çıxdığını bildiriblər. Ancaq o “tapılanda” polis onunla “profilaktik söhbət” edib.