
İyunun 30-dan iyulun 10-dək Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Ermənistan da sessiyada müşahidəçi olaraq iştirak etmə dəvəti almışdı.
“Erməni tərəfi dəvət edən tərəfdən ER nümayəndə heyətinin iştirakı üçün, ER vətəndaşları və ümumiyyətlə erməni əsilli insanların bu ölkəyə girmə imkansızlığını və anti-erməni təbliğatı nəzərə alaraq, əlavə təhlükəsizlik tədbirlərin alınması üçün UNESKO-ya müraciyyət etmişdi”,-deyə jurnalistlərlə görüşdə ER XİN mətbuat katibi Anna Nağdalyan bildirib.
O qeyd edib ki, erməni tərəfi katibliyi ilə daim təmasda idi və erməni tərəfi üçün lazımi zəmanətləri almağa səy göstərirdi.
“Ancaq, göstərilən səylərə baxmayaraq, tədbirdən iki gün əvvəl erməni nümayəndə heyəti UNESKO-nun baş katibinin müavinindən məktub alıb. Məktubda deyilirdi ki, Azərbaycan əlavə təhlükəsizlik tədbirlərindən imtina etmişdir”,-deyə Anna Nağdalyan bildirib.
Ermənistan UNESKO rəhbərliyinə və üzv dövlətlərinə rəsmi şikayət edərək bu pis davranışları diqqət mərkəzində saxlamağa və qınayan mövqə ilə çıxış etməyə çağırıb.