BaşlıcaSiyasət

Polşa səfiri ER Xarici İşlər Nazirliyinə çağırılıb

ER XİN mətbuat katibi Anna Nağdalyan Polşa səfirliyinin viza verilməsinə dair “Hetq”-in məqaləsinə toxunub

İyulun 3-də keçirdiyi mətbuat konfransı ərzində Nağdalyan qeyd etdi ki,bu məsələ ilə bağlı Polşanın Ermənistandakı səfiri Pavel Çeplak ER Xarici İşlər Nazirliyinə çağırılıb. Ona ER XİN mövqeyi təqdim edilib.

“Bu məsələyə biz Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi kontekstində toxunurq, bu prosesinin hər hansı müddəasının həyata keçirilməsindəki çatışmazlıqlar bizim üçün qəbuledilməzdir və biz bu məsələyə ciddi şəkildə toxunacağıq”- deyə Nağdalyan qeyd etdi.

“Hetq” viza verilməsi prosesində Polşanın Ermənistandakı səfirliyində yaradılan süni maneələr haqqında yazıb. İsveçrə vizası almaq üçün “Hetq” qəzetinin jurnalisti Tibilisə getmək məcburiyyətində qalıb, oradakı İsviçrə səfirliyi vizanı çox tez verdi.

Daha çox göstər
Back to top button