BaşlıcaSiyasət

Xİ naziri Vaşington görüşünün nəticələrini təgdim etmək üçün Artsaxa gedəcək

ER Xİ naziri Zohrab Mnatsakanyan sabah Artsaxa işgüzar səfərə gedəcək. Nazirin Artsax rəhbərliyi ilə görüşü olacaq. Bunu bu gün mətbuat konfransı zamanı ER XİN mətbuat katibi Anna Nağdalyan bildirib.

O qeyd edib ki, nazirin Artsaxa edilən səfərləri müntəzəmdir və DQ məsələsi üzrə görüşlərdən əvvəl və ya sonra həyata keçirlirlər.

“Səfərlər Artsaxı daha da cəlb etmə hədəfimizə xidmət edir, lakin bu heç bir şəkildə Artsaxı birbaşa cəlb etmə məsələni əvəz edə bilməz. Əlbbəttə ki, bu görüşdə də Vaşington görüşü ərzində qaldırılmış məsələlərə toxunulacaq və Artsaxın rəhbərliyi ilə də müzakirə ediləcək”,-deyə Anna Nağdalyan qeyd edib.

Daha çox göstər
Back to top button