
ER Baş naziri Nikol Paşinyan iyulun 4-dən 6-dək rəsmi səfəri ilə Vyetnam Sosialist Respublikasında olacaq.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, səfər zamanı Nikol Paşinyanın Vyetnam Baş naziri Nguyen Suan Fukla görüşü olacaq. Ölkə hökumətlərinin rəhbərləri müzakirələrin nəticələrini yekunlaşdıran bəyanatlarla çıxış edəcək. Vyetnam Baş naziri adından Nikol Paşinyan və xanımı Anna Hakobyan şərəfinə rəsmi yemək veriləcək. Baş nazir Paşinyan Vyetnam Parlamentinin sədri Nguyen Ti Kim Nganla görüşəcək.
ER hökumətinin sədri həmçinin Vyətnamın ticarət palatasının rəhbərliyi və vyətnamlı iş adamları ilə görüşəcək və ER-nın Vyəötnamdakı səfirliyinə gedəcək.
İyulun 7-9-da Singapur Baş naziri Li Sien Longun dəvəti ilə Nikol Paşinyan Sinqapur Respublikasına səfərə gedəcək.
ER Baş nazirinin Sinqapurun Prezidenti Halima Yakob, Baş naziri Li Şin Lung, Parlament spikeri Tan Çuan-Jin ilə görüşləri olacaq. İkitərəfli əməkdaşlıq barədə sənədlərin imzalanması da nəzərdə tutulur.
Paşinyan Sinqapurda və qonşu ölkələrdə fəaliyyət göstərən erməni icması nümayəndələri və Sinqapurun biznes dairələri ilə görüşəcək.