BaşlıcaSiyasət

Ermənistan və Rusiya hərbi təlimlər keçirəcək – İkisi geniş miqyaslı olacaq

Ermənistan və Rusiya cari ildə birgə bir sıra planlı hərbi təlimləri keçirəcəklər. bu barədə “Armenpress”-ə ER Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

“Bu hərbi təlimlərdən ikisi daha miqyaslı olacaq. Təlimlər hücum və müdafiə xaraktərli olacaq”,-deyə Artsrun Hovhannisyan qeyd edib.

ER sabiq müdafiə naziri, ekspert Vağarşak Harutyunyan da Armenpress-ə deyib ki, bunlar planlaşdırılmış tədbirlərdir. Hər il Ermənistan-Rusiya əməkdaşlığı və KTMT çərçivəsində hərbi təlimlər nəzərdə tutan sənədlər imzalanır. Digər tərəfədən də bu cür tədbirləri keçirdikdən regional gedişatları nəzərə alınır.

“Biz Azərbayca-Türkiyə hərbi təlimlərini çox yaxşı təqib etdik və izlədik. Cari ildə iki dəfə bizim üçün çox əhəmiyyətli istiqamət olan Naxicevanda da keçirilmişdir. İndi bax, Ermənistan-Rusiya hərbi təlimlərinə bu baxımdan da baxmalıyıq”,-deyə Vağarşak Harutyunyan qeyd etdi.

Hərbi təlimlərin ilk məsələsi qoşunların planlı hazırlanmasıdır. İkincisi isə, regiondakı hərbi-siyasi vəziyyətin reaksiyası. Bu kontekstdə aqressiya zamanı Ermənistan təhlükəsizliyinin təminatı əsas məsələlərdən biridir.

Daha çox göstər
Back to top button