Başlıca
Azərbaycanlı fəala İranda hökm oxunub

İran İnqilab Məhkəməsi iyulun 8-də azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Məlumatı sosial şəbəkələrdə azərbaycanlı fəallar paylaşıb.
Hökmdə Abbas Lisaninin ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası da yer alıb.
Abbas Lisani bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb.
O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək ittihamları ilə mühakimə olunub.