Ermənistan və Sinqapur hökumətləri arasında əməkdaşlıq sənədləri imzalandı

Sinqapurun “İstana” hökuməət igamtgahında Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və xanım Anna Hakobyanıı Sinqapurun Baş naziri Lee Siyen Lun və xanımı Ho Çin tərəfindən qarşılandı. İki ölkənin baş nazirləri birgə investisiya proqramlarının həyata keçirilməsi, əmtəə dövriyyəsinin artması, yüksək texnologiyalar, turizm, aviasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Nikol Paşinyan ölkəmizdə həyata keçirilən institusional islahatların və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində atılan addımları təqdim edib.
Sinqapurun Baş naziri Ermənistandakı sistemli dəyişiklikləri məmnuniyyətlə qarşıladı və əlavə etdi ki, bütün bunlar ölkəmizin iqtisadi inkişafına təkan olacaqdır.
Nikol Paşinyan və Lee Sien Lu Avrasiya İqtisadi İttifaqı ilə Sinqapur arasındakı azad ticarət zonasının yaradılması ilə bağlı razılaşmanın imzalanmasına toxundu. Tərəflər ticarətin artmasına yeni bir təkan verəcəyinə əmin olduqlarınıbir daha təstiqlədilər.
İki ölkənin Baş nazirləri iqtisadi əməkdaşlığın böyük potensialını vurğuladılar və onu həyata keçirmək üçün fəal şəkildə adımlar atılmasını qeyd etdilər.
Görüşdən sonra Ermənistan Respublikası və Sinqapur hökumətləri müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir neçə sənədlər imzalamışlar.