İctimaiyyət

Müsavat fəalı ilə bağlı məhkəmənin sorğusuna polis idarəsi cavab vermir

İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə iclasında Müsavat Pattiyasının başqanlı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, ictimai-siyasi fəallar iştirak edib.

Hakim bildirib ki, vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya hələ cavab verilməyib.

Sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polis İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polisd İdarəsi məhkəmənin üçüncü sorğusuna cavab vermir.

Vəkil polis əməkdaşlarının Azad Həsənovun saxlanılması ilə bağlı dərhal ailəsinə xəbər verilməsi barədə məhkəməyə yalan ifadə verdiyini hakimin diqqətinə çatdırıb. Buna sübut kimi Azad Həsənovun qardaşının Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nin əməkdaşı ilə 3 telefon danışığı səsləndirılib. “102-Zəhg Mərkəzi”nin əməkdaşı Azad Həsənovun saxlanılmasından 6 saat sonra onun qardaçının zənginə bu barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat veriləcəyini və ailəyə onun taleyi İlə bağlı məlumat çatdırılacağını desə də, bu, baş verməyib. Həsənovun qardaşı daha iki dəfə 102 xidməti ilə əlaqə saxlasa da məlumat ala bilməyib.

“Qardaşım üçüncü dəfə zəng etdiyi vaxt artıq məhkəmə mənim barəmdə həbs qətimkan tədbiri seçmişdi. Amma, ailəmə bu barədə hər hansı məlumat verilməyib,” Həsənov qeyd edib.

Məhkəmə iyulun 15-də davam etdiriləcək.

Daha çox göstər
Back to top button