İctimaiyyət

AXCP-nin daha bir fəalı saxlanılıb

Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) Masallı rayon şöbәsinin üzvü Araz Mәmmәdov iyulun 8-dә səhər saxlanılıb. AXCP-dən Turan-a bildirilib ki, onu yerli polis şöbəsinə aparıblar. Saxlanmanın səbəbləri məlum deyil. Saat 16:30-a olan vəziyyətə görə, A.Məmmədovdan bir xəbər yoxdur. 

Qeyd edək ki, hazırda bu müxalifət partiyasının onlarla fəalı müxtəlif ittihamlar ilə həbsdədir.

Daha çox göstər
Back to top button