
Slovakyanın Viske Tatri şəhərində ATƏT qeyri rəsmi görüş çərçivəsində Ermənistan və Rusiyanın Xİ nazirlərinin görüşü keçirilib. ER XİN-dən verilən məlumata görə erməni-rus müttəfiqlik gündəminə , ikitərəfli və hərtərəfli platformlarda əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub. Ermənistan və Rusiyanın Xarici işlər nazirləri regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə toxunulub.