N.Paşinyan Sinqapurun biznes ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Sinqapurda rəsmi səfərdə olan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurun “Biznes Federasiyası Fondunun” nümayəndələri ilə görüşüb.
Baş nazirin iş heyətindən verilən məlumata görə,Sinqapurun İşgüzar Federasiyasının icraçı direktoru Heen Men Kot Sinqapurlu iş adamlarının Ermənistanda biznes fəaliyyəti ilə maraqlandığını və ölkəmizin investisiya imkanları ilə tanış olmaq və əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduqlarını qeyd edib. O, deyib ki, Avrasiya İqtisadiyyat İttifaqı və Sinqapur arasında imzalanan sərbəst ticarət razılaşması işgüzar əlaqələri genişləndirmək üçün effektiv bir fürsətdir və Ermənistan üçüncü ölkələrin bazarlarına çıxış üçün mühüm bir platformaya çevrilə bilər. ER Baş naziri Ermənistanda hökumət tərəfindən təşəbbüs olunan islahatlara toxunmaqla vergi və gömrük sahəsinin təkmilləşdirilməsi, xarici investisiyalar üçün təminatların yaradılmasına yönəldilmiş məhkəmə sisteminin islahatı üçün atılan addımları təqdim etmişdir. İşgüzar nümayəndə heyətinin Ermənistana və Sinqapura qarşılıqlı səfərləriylə bağlı və əməkdaşlıq imkanlarına tanış olmaq üçün şərtləşmə əldə olunub.