‘Gəncə məhbusları’ evlərindən götürülən əşyaların qaytarılmasını tələb edir

Gəncə hadisələrinə görə saxlanılan şəxslərin evlərində də axtarış aparılıb, tutulanlara heç bir aidiyyəti olmayan xeyli əşyalar götürülüb․ Hadisələrdən bir il keçsə də, həmin əşyalar qaytarılmayıb.
O.Hüseynzadənin evindən axtarış vaxtı onun pasportu ilə yanaşı, telefonlar, planşet götürülüb. Heç biri də qaytarılmayıb.
Təqsirləndirilən Abbas Abbasovun yaxınları isə bildirib ki, axtarış zamanı evdən 1500 avro pul da yoxa çıxıb.
Vəkillərin daha bir vəsatəti təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi olub. Əvvəlki ekspertizanın cavabına etiraz edən vəkillər bildirib ki, həmin rəy qərəzlidir. Ekspertiza təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığını, ancaq həmin xəsarətlərin təxminən il yarım öncəyə (yəni hadisədən əvvəl) aid olduğunu göstərib.
Xaqani Səmədovun sədrlik etdiyi hakimlər heyəti qaldırılan vəsatətlərin heç birini təmin etməyib.
Bu qrupun işi üzrə məhkəmə prosesi iyulun 12-də davam edəcək.