Beynəlxalq

Hüquq müdafiəçiləri 10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan ediblər

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə bu gün Müsavat Partiyasının mənzil-qərargahında 2018-ci il Gəncə hadisələrinə həsr olunmuş tədbir keçirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev “2018-ci Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” adlı hesabatı təqdim edib.

O deyib ki, məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailə üzvlərindən və vəkillərdən əldə edilən informasiya göstərir ki, Gəncə hadisələri üzrə həbs olunanları sübut olmadan təqib edirlər.

Oqtay Gülalıyev bildirib ki, 1000-ə yaxın adam saxlanılıb. Əksəriyyəti bir neçə gündən sonra buraxılsa da, 80-ə yaxın adam həbs edilib. Onların əksəriyyəti amansız işgəncələrə məruz qalıb. Bəzisi dözməyərık intihara cəhd edib.

İşgəncə tətbiq edənlərin arasında təkcə polis yox, prokurorluq əməkdaşları da olub.

Hesabat müəllifləri işgəncə törədənlərin məsuliyyətə cəlb edilməsinin, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin hərəkətlərinin araşdırılmasının (etirazlara məhz onun hərəkətləri səbəb olub), təqiblərə son qoyulmasının, həbs edilən və mühakimə olunanlara bəraət verilməsinin vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçıları 10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan ediblər.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

Daha çox göstər
Back to top button