“2018-ci Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” hesabatı açıqlanıb

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə iyulun 10-da Müsavat Partiyasının mənzil-qərargahında 2018-ci il Gəncə hadisələrinə həsr olunmuş tədbir keçirib.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev “2018-ci Gəncə hadisələri: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” adlı hesabatı təqdim edib.
O deyib ki, məhkəmə proseslərinin monitorinqləri, müttəhimlərin ailə üzvlərindən və vəkillərdən əldə edilən informasiya göstərir ki, Gəncə hadisələri üzrə həbs olunanları sübut olmadan təqib edirlər.
1000-ə yaxın adam saxlanılıb. Əksəriyyəti bir neçə gündən sonra buraxılsa da, 80-ə yaxın adam həbs edilib. Onların əksəriyyəti amansız işgəncələrə məruz qalıb. Bəzisi dözməyərık intihara cəhd edib.
İşgəncə tətbiq edənlərin arasında təkcə polis yox, prokurorluq əməkdaşları da olub.
Sonda tədbir iştirakçıları 10 iyul tarixini İşgəncələrə Qarşı Mübarizə Günü elan edib.