Beynəlxalq
Avropa Məhkəməsi Azərbaycandan olan üç şikayəti təmin edib

Avropa Məhkəməsi iyulun 11-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını (birgə qərar olaraq) açıqlayıb.
Məhkəmə İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən, Azərbaycan hökuməti Bakı, İmişli və Sumqayıtdan 2010-cu ildə parlament seçkilərində iştiraka gec buraxılan şikayətçilərin hər birinə 7500 avro mənəvi təzminat ödəyəcək.
Bundan başqa şikayətçilərdən İ.Abdalovun vəkilinə 1.400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2.200 avro ödənilməlidir.