İdman
Hökumət Çin Xalq Respubliaksı ilə viza rejiminin ləğvini təsdiqlədi

Hökumət 2019-cu ilin mayın 26-da “Ermənistan Respubliaksı və Çin Xalq Respublikası Hökuməti arasında adi pasportları olan şəxslər üçün viza rejiminin ləğvi barədə müqaviləni“ təsdiqlədi.
Xarici İşlər nazir müavini Artak Apitonyan qeyd etdi ki, müqavilənin imzalanmasına dair razılaşma Baş nazir Nikol Paşinyanın Çinə səfəri ərzində əldə olunub.
“Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərirlər”,- deyən nazir müavini əlavə etdi ki, çox güman ki, müqavilə Çində gələn ay ərzində ratifikasiya olunacaq.
“Müqavilənin ratifikasiyası tərəflər arasında ticarət, biznes, turizm mübadiləsinin intensivləşdirilməsini nəzərdə tutur”-deyə Artak Apitonyan bildirib.