İctimaiyyət

Hüquq müdafiəçisi: “A. Qurbanovun ölümünə görə Azәrbaycan hakimiyyәti məsuliyyət daşıyır”

Gәncә hadisәlәrinә görә hәbs olunan Aydın Qurbanovun həbsxana xəstəxanasında ölməsinə birbaşa mәsuliyyәti Azәrbaycan hakimiyyәti daşıyır. Bu barədə hüquq müdafiәçisi Oqtay Gülalıyev bildirib.

A. Qurbanovun xәstә olduğu çoxdan məlum idi. Onun azadlığa buraxılması ilә bağlı ölkә rәhbәrliyinә müraciәtlәr olunmuşdu. Lakin onun son günlәri ailәsi ilә birlikdә keçirmәsinә icazә verilmәdi.

“Hesab edirәm ki, Aydın Qurbanova qarşı baş verәnlәr qәddarlığın göstәricisidir. İnsanı şәrlәyib hәbs ediblәr, işgәncәlәrә mәruz qoyublar vә bunun nәticәsindә o, hәyatını itirib”, – O.Gülalıyev vurğulayıb.

O deyib ki, A.Qurbanovun ölümündə vəzifəli şəxslər günahkardır. Hüquq müdafiəçisinin sözlərinə görə, məhbusların ölümünə və işgəncələrə görə cəzasızlığın qarşısının alınması üçün hüquq pozucularına Maqnitski aktı kimi sanksiya tətbiq edilməlidir.

*Gəncə hadisələri ilə bağlı ittiham olunan Aydın Qurbanov iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında mədə xərçəngindən vəfat edib.

Daha çox göstər
Back to top button