
Ermənistanda İsrailin yeni təyin edilmiş səfiri Eliav Belotserovski 1915-ci ildə Türkiyədə ermənilərin qırğınlarını 20-ci əsrin tarixində ən böyük qəsdən törədilən cinayət aktlarından biri sayır.
Səfir Yerevanda İsrailin müstəqilliyinin 71-ci ildönümü münasibətilə təşkil edilmiş qəbul zamanı belə yanaşma ifadə edib.
“O dəhşətli faciə idi, o 21-ci əsrin tarixində və bəşəriyyətin tarixində ən böyük qəsdən törədilmiş cinayət aktlarındandı. Yəhudilər, xüsusilə İsraildə yaşayan insanlar çox aktiv şəkildə buna qarşı çıxıb və parlamentimizdə də müzakirə olunub “, – deyə səfir bildirib.
Jurnalist qeyd edib ki, səfir “Soyqırım” sözünü demir və səfir cavab verib ki, bu sözün axtarış məsələsi deyildir. O vurğulayıb ki, həqiqətən çox dəhşətli faciədi ki, belə faciələrin təkrarlanmaması üçün araşdırılmalıdır.
“Azərbaycanla əlaqələr Ermənistanla tərəfdaşlığa maneə törətməyəcək?” sualına cavab verərək, o deyib ki, Ermənistan kimi İsrailin çox ölkələrlə öz maraqları var və bu əlaqələr müxtəlif komponentlərdən ibarətdir.
“Biz Ermənistanla əlaqələrimizi prioritet sayırıq və onu möhkəmləndirəcəyik”- deyə səfir vurğulayıb.