Ekonomika
Rusiya Azərbaycandan gətirilən meyvə-tərəvəzi geri qaytarıb

Rusiyanın Kənd Təsərrüfatı mallarına nəzarət idarəsi Azərbaycandan gətirilən böyük həcmdə meyvə və tərəvəzi ölkəyə buraxmayıb.
İdarənin yaydığı məlumata görə, Dağıstanda “Yaraq Qazmalar” məntəqəsində tərkibində zərərvericilər olduğuna görə Azərbaycandan gətirilən 32,3 ton pomidor, 53,4 tom gilas, 19,92 ton qurudulmuş noxud, 13 ton çiyələk buraxılmayıb.
Məlumata görə meyvə-tərəvəz geri qaytarılıb.
2019-cu ilin aprel ayında Rusiya eyni səbəbdən Azərbaycandan gətirilən 15,5 ton pomidoru qeri qaytarmışdı.