Altay Göyüşov: Avtoritar sistemdən alınan medal və ordenin respublika ideyasına aidiyyatı yoxdur

Bu həftə Milli Məclisin üzvlərinə, bir sıra tarixçilərə, hüquq müdafiəçilərinə, ictimai xadimlərə, media nümayəndələrinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının verilməsi ilə yadda qalıb.
Təltif edilənlər arasında deputat Naqif Həmzəyevin də olması sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmadı. Tarixçi-alim Altay Göyüşov cümhuriyyətin əsaslarını sarsıdan avtoritar rejimin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalını verməsini lətifəyə bənzədir:
“Ümumiyyətlə, avtoritar rejimin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təsis etməsi lətifəyə bənzəyir. Yəni, Cümhuriyyət medalını ölkəni feodal dövlətə çevirənlər verir. Mənim üçün bu məsələni izah etmək çətindir. Çox geri qalmışıq, Gürcüstandan da, Ermənistandan da”.
Altay Göyüşov hesab edir ki, indiki mövcud avtoritar sistemdən alınan medal və ordenin respublika ideyasına aidiyyatı yoxdur․