Beynəlxalq

Dunya Miyatoviç: “Azərbaycanda ifadə azadlığı təhlükə altındadır”

“Azərbaycanda ifadə azadlığı əvvəlkitək təhlükə altındadır”, – Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 12-də, Azərbaycana dördgünlük səfərinin sonunda bildirib.

O, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladıb. Həmin qərarlarda özbaşına həbslər və hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçilərinin saxlanması ilə bağlı həyəcanlı mənzərə əks olunur.

Miyatoviç qeyd edib ki, “öz baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi prioritet olaraq qalmalıdır”. O, diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öz çağırışını təsdiqləyib.

Bundan əlavə, komissar jurnalistlərin, vəkillərim, siyasi fəalların və hüquq müadfiəçilərinin səfərlərinə qadağa məsələsini hakimiyyətin qarşısında qaldırıb.

“Hakimiyyət səfərlərə özbaşına qadağa tətbiqi ilə bağlı qeyri-proporsional praktikadan imtina etməlidir və ölkədən çıxış hüququna zidd olan qadağaları aradan qaldırmalıdır”, – o bildirib.

Daha çox göstər
Back to top button