ArtsaxBaşlıca

Əsgərov və Quliyevi azad etmə təbiğatı Artsaxlılar hüquqlarının pozulmasıdır: XİN

Qatil Ramil Səfərovu əfv etmək kimi, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azad etmək üçün beynəlxalq təşkilatlara müraciyyət edərək Azərbaycan hakimiyyətləri Artsax sakinləri hüquqlarını, o cümlədən həyat və hüquqi müdafiə haqqının açıq inkarı və pozulmasını nümayiş etdirirlər. Bunu NEWS.am– ə müsahibədə Artsax XİN mətbuat katibi Ani Sargsyan Azərbaycan tərəfindən diversantlar Əsgərov və Quliyevi azad etmək niyyətiylə aparılan təbliğatı şərh edərkən bildirib.

“D. Əsgərov və Ş. Quliyev silahlı qruplaşma tərkibində qanunsuzca Artsax Respublikasının ərazisinə girdilər. Cinayətkar qrubun üzvləri bir sıra ağır cinayətlər törədiblər və 17 yaşlı Smbat Yakanyanı oğurlayıb öldürdülər, 43 yaşlı Sargis Abrahamyanı öldürdülər, 37 yaşlı Karine Davtyana ağır yaralandırdılar. Onlara qarşı məhkəmə prosesi açıqdı və milli və beynəlxalq ədliyyə normalarına uyğun keçirildi. Məhkəmə prosesində məlum olub ki, bu cinayətkar qruplaşma Azərbaycan xüsusi xidmətləri tərəfindən silahlandırıb və Artsaxa casusluq aparmağa göndərilib, lakin Artsax hüquq-mühafizə orqanları bunun qarşısını alıb.

Ani Sargsyanın sözlərinə görə, bu təbliğat ictimai həyatın bütün sahələrini cəlb edən dövlət siyasətinin bir hissəsidir: “Qatil Ramil Səfərovu əfv etmək kimi, D, Əsgərovun və Ş. Quliyevin azad edilməsinə dəstək almaq üçün beynəlxalq təşkilatlara müraciyyət etməklə Azərbaycan hakimiyyətləri Artsax sakinləri hüquqlarını, o cümlədən həyat və hüquqi müdafiə haqqının açıq inkarı və pozulmasını nümayiş etdirirlər. Bu təbliğat Azərbaycanda ermənilərə qarşı nifrətin yaranmasına və bu nifrətə əsaslanaraq cinayətlərin təşviqinə yonəlmiş ictimai həyatın bütün sahələrini cəlb edən dövlət siyasətinin bir hissəsidir. Bu siyasət Azərbaycan dövlətçiliyinin hansı prinsiplərə dayandığını nümayiş etdirir”.

Daha çox göstər
Back to top button