Başlıca

Ermənistanda “Mühəndislik şəhəri” layihəsinin birinci mərhələsi başa çatıb

“Mühəndislik şəhəri” layihəsinin birinci mərhələsi artıq tamamlanıb. Bu haqda  Tert.am-ın yazılı sorğusuna  cavab olaraq “Mühəndislik şəhəri”inin müdiri  Bakrat Yengibaryan məlumat verib. Xatırladaq ki,  ölkədə  mühəndislik və yüksək  texnoloqiyaların  inkişafına yeni təkan vermək, erməni mühəndislik ideyasını  birləşdirməklə onun işini daha səmərəli və mənalı bir hala gətirmək üçün ER  hökumətinin    qərarıyla 2018-ci ildə “Mühəndislik  şəhəri”nin yaradılması  layihəsinin yaradılması proqramı  təşəbbüs olundu.

Nəzərdə tutulub ki,  “Mühəndislik şəhəri”ndə 40-a yaxın  mühəndislər şirkəti erməni  mühəndislik ideyası əsas potensialı   bir yerdə yerləşdirilsin. “Mühəndislik şəhəri” proqramı üç əsas mərhələdən ibarətdir: Layihənin birinci mərhələsinin sonunda  Mühəndislik mərkəzi- Mühəndislik plazası fəaliyyət göstərir. Elm və texnologiya muzeyi və Kosmonavtika muzeyi fəaliyyət göstərir.  Tezliklə, Mühəndislik məktəbinin binasının tikintisi işləri  başa çatacaqdır. İkinci mərhələnin  işləri 2020-ci ildə başa çatması  nəzərdə tutulub. Orada “Mühəndislik şəhəri” əsas infrastrukturunun yaradılması, Mühəndislik Biznes Mərkəzinin yaradılması və “Mühəndislik şəhəri” də yerləşdiriləcək şirkətlər üçün bəzi binaların tikintisi nəzərdə tutulur. Layihənin bütün komponentləri ilə üçüncü mərhələsi 2022-ci ildə başa çatacaqdır.

Daha çox göstər
Back to top button