İctimaiyyət

Şəkidə xəsarət alanların arasında yeddi əcnəbi vətəndaş var

Şəkidə Xan Sarayının yaxınlığında küləyin böyük köhnə ağacın budağını qoparması nəticəsində 19 nəfər xəsarət alıb. 19 nəfərdən 4-nün vəziyyəti ağır kimi xarakterizə olunur

İnsident bazar günü baş verib. Tarixi məkan olan Şəki Xan Sarayı bir həftə öncə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu tarixi abidənin ətrafı hər zaman sıxlıq olur.

Şəkidə gülcü külək bəzi yerlərdə ağacları qoparıb. Külək Xan Sarayının yaxınlığında köhnə ağacın böyük budağını qoparıb.

19 nəfər, o cümlədən Azərbaycanın digər bölgələrindən turistlər, həmçinin ərəb ölkələrindən gələnlər xəsarət alıblar.

Zərərçəkənlər yerli xəstəxanaya aparılıb.

Daha çox göstər
Back to top button