
TolishMedia informasiya agentliyi xəbər verir ki, Talış-Muğan Muxtar Respublikasının Niderlandda mühacirətda olan Prezidenti, polkovnik Ələkrəm Hümmətov Azad Talışıstan Televiziyasına verdiyi geniş müsahibədə Ermənistanda keçirilmiş üçüncü Talışşünaslıq beynəlxalq konfransı və Azərbaycan hakimiyyətinin qeyri-adekvat reaksiası haqqında da danışıb.
“Mən elə hesab eləyirəm ki, üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsinə biz ancaq bir insandakı, bir Allah adamı kimi ermənilərə minnətdar olmalıyıq.
Bir insandakı bir talışdakı şəxsən mən özüm üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsi üçün, onun təşəbüskarlarına, təşkilətçilərinə minnətdarlığımı bildirirəm, çox sağ olsunlar. Heç olmasa onlar dünyaya elmi şəkildə talış xalqı adında bir xalqın talış dili adında bir dilin talış milləti adında bir millətin varlığı haqqında məlumat verirlər və talış dilinin yaşanması üçün onun elmi tədqiqi üçün nələrsə edirlər sağ olsunlar və çox istərdim ki heç olmasa bunu Azərbaycan höküməti üçün nümünə olsun, Azərbaycan dövləti də bu istiqəmətdə bir zərrə qədər bir addım atsın.
Hesab edirəm ki bütün bunların fonunda Ermənistanda üçüncü Talışşünaslıq beynəlxalq konfransının keçirilməsi biləvəsitə onların normal düşüncəyə sahib olması və Azərbaycan hökümətində normal düşüncəyə malik olmayan məmurların vəzifələrdə olmasının göstəricidir” – deyə Ə. Hümmətov bildirib.