İctimaiyyət
Hüquq müdafiəçisi “Gəncə işi” üzrə işgəncələrdə əli olan hüquq-mühafizə orqanları işçilərinin siyahısını təqdim edib

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev “Gəncə işi” üzrə ittiham olunanlara qarşı işgəncələrdə əli olan hüquq-mühafizə orqanları əməkdaşlarının siyahısını dərc edib.
Siyahı “Gəncə hadisələri 2018-ci il: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar” adlı hesabatda əksini tapıb. Sənəd iyulun 10-da ictimaiyyətə təqdim edib.
Araşdırma böyük olduğundan hüquq müdafiəçisi müttəhimlərə işgəncə verən, onlarla qeyri-insani rəftar edən polis və prokurorluq orqanları əməkdaşlarının adlarını ayrıca dərc etməyi qərara alıb.
Məlumat müttəhimlərin, onların ailə üzvlərinin və vəkillərinin bilgisi əsasında toplanıb.
Siyahıya 17 nəfər daxildir․