Beynəlxalq

Ermənistanda ilk Beynəlxalq Robotex Armenia müsabiqəsi keçiriləcək

Aparıcı Texnologiya Müəssisələri Birliyi Robotex beynəlxalq birliyinə qoşulub. Birlik robot istehsal etmə sahəsinin inkişafı istiqamətində fəaliyyət göstərən təxminən 50 ölkəni, o cümlədən ABŞ, Çin, Hindistan, Yunanıstan, Estoniya, Kolumbiya və bir sıra digər ölkələri birləşdirir. Aparıcı Texnologiya Müəssisələri Birliyinin ofisindən verilən məlumata görə, əməkdaşlıq nəticəsində cari il noyabırın 9-da Birlik Ermənistanda ilk Beynəlxalq Robotex Armenia müsabiqəsini təşkil edəcək.

Müsabiqədə Armat mühəndislik laboratoriyaları, Robotex beynəlxalq birliyininə üzv ölkələri, həmçinin sahə ilə maraqlı olan şəxslər və şirkətlər iştirak edəcək. Müsabiqə “Ağıllı Şəhər” adı altında keçiriləcək.

“Birliyin məqsədi Ermənistanı avtomat robotların müsabiqə mərkəzinə çevirmək və bu baxımdan ölkəmizin tanınması üçün sahənin dünya müsabiqələrini Ermənistana dəvət etməkdir. Bu dəfə Robotex müsabiqəsi olacaqdır”,-deyə Aparıcı Texnologiya Müəssisələri Birliyinin icra direktoru Karen Vardanyan qeyd etdi.

Daha çox göstər
Back to top button