N.Paşinyan DQ danışıqlarının haçan səmərəli olacağını deyib

Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasında qaynar nöqtə işləyir, amma təəssüflər olsun ki, təmas xəttində heç bir itki olmamasına bu zəmanət vermir. Bu haqda “Azadutyun” radiosuna müsahibəsində ER Baş naziri Nikol Paşinyan bildirib.
“Biz danışıqların qəti nəticəsi naminə çalışırıq. Mən, Beynəlxalq ictimaiyyət nümayəndələrinə aşağıdakı şəkildə izah edirəm: niyə müzakirələr irəliyə getmir? Mən Ermənistan Respublikası Baş naziri seçildiyim zaman Milli Parlament ambionundan bəyan etdim ki, Qarabağ məsələsinin hər hansı bir nizamlanma versiyasının qəbul edilməsi gərək Ermənistan xalqı, Qarabağ və Azərbaycan xalqıüçün qəbul ediləsi olsun. İrəliləyiş yoxdur.Ona görə Azərbaycan prezidenti eyni cümləni səsləndirməkdən imtina edir”-deyərək Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, nə qədər ki, Azərbaycan tərəfindən bu cümlə səslənməyib, o deməkdir ki, danışıqlar effektiv olmayacaqdır.
“Odur ki, hər hansısa biri düşünürsə Qarabağ məsələsinin həlli Azərbaycan xalqı üçün məqbul olacaq və Qarabağ və Ermənistan xalqı üçün yox, demək o nə Qarabağ xalqını, nədə Ermənistan xalqını yaxşı tanımır”-deyərək Paşinyan yekunlaşdırıb.